Pakistan və Hindistan arasındakı hava döyüşünün - TƏFƏRRÜATI​


Fevralın 27-də Hindistan və Pakistan aviasiyaları arasında baş verən hava döyüşündə 27 təyyarə iştirak edib.

Bu barədə NDTV telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinin məlumatına görə, Hindistan Hərbi Qüvvələri dörd Su-30, iki təkmilləşdirilmiş “Dassault Mirage” və iki MiQ-21 qırıcısından istifadə edib. Sonuncu iki qırıcıdan biri döyüş zamanı vurulub, Hindistan tərəfi bunu təsdiqləyib.

Pakistan isə havaya 24 təyyarə qaldırıb – səkkiz F-16, dörd “Dassault Mirage” III və dörd Çin-Pakistan istehsalı olan “JF-17 Thunder” bombardmançısı. 

NDTV yazır ki, qalan səkkiz təyyarə yalnız bu qrupu müşahidə edib, lakin döyüşlərdə iştirak etməyib.

Bildirilir ki, Pakistan təyyarələri Kəşmirdə təmas xəttində hərbi obyektlər yaxınlığında ərazini bombardman etdikdən sonra Hindistan pilotları onları izləyiblər.

Aviasiya zəncirinin komandiri Abhinandan Varthaman F-16-ya hücum edərək R-73 raketindən istifadə edib, lakin elə bu zaman onun MiQ-21 qırıcısı F-16 tərəfindən AIM-120 AMRAAM raketi ilə vurulub. 

Varthaman katapult edib və pakistanlılar tərəfindən saxlanılıb, sonuncular onu azad edəcəklərinə söz veriblər.

Xatırladaq ki, iki ölkə arasında gərginlik fevralın 14-də meydana gəlib. Belə ki, Pakistanda mərkəzləşən “Ceyş-i Məhəmməd” qruplaşmasının terrorçusu partlayıcı dolu avtomobillə Hindistan DİN-ə tabe olan Ehtiyat Polis Qüvvələri Mərkəzinin avtobuslarından ibarət karvana hücum edib. Törədilən qanlı intihar partlayışı Hindistan və Pakistan arasında münasibətləri gərginləşdirib. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top