Mərkəzi Bank: Artıq ödənilən pullar vətəndaşlara geri qaytarılacaq - VİDEO

Əgər vətəndaş 0.78 məzənnə ilə dollar krediti alıb devalvasiyadan sonra 1.05 məzənnəsi ilə ödəyibsə, iki məzənnə arasındakı fərq vətəndaşa geri qaytarılacaq.

Bu sözləri Mərkəzi Bankın icraçı direktoru Rəşad Orucov REAL TV-nin canlı yayımında problemli dollar kreditləri ilə bağlı fərmanı şərh edərkən deyib.

O bildirib ki, devalvasiyadan öncə götürülüb ödənilən və ikinci devalvasiyadan sonra götürülən kreditlərə kompensasiya nəzərdə tutulmayıb.

DİGƏR XƏBƏRLƏR

Top