Pakistan əsir pilotu azad edəcək


Pakistanın Baş naziri İmran Xan ölkə silahlı qüvvələrinin əsir aldığı hindistanlı pilotun azad ediləcəyinə dair vəd verib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, o bunun sülh jesti olacağını bildirib. H. Xan deyib: “Biz sabah əsir hindistanlı pilotu sülh jesti qismində buraxmaq qərarına gəldik”. Baş nazir Pakistanın ölkələr arasında gərginliyin azaldılmasına xidmətə çalışdığını ifadə etmək üçün hindistanlı həmkarı Narendra Modiyə zəng etməyə səy göstərdiyini də vurğulayıb. İ.Xan söhbətin baş tutub-tutmadığını açıqlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top