BMT: İsrailin 189 fələstinlini öldürməsi hərbi cinayət sayıla bilər

BMT-nin 2018-ci ildə Qəzza zolağında fələstinlilərin keçirdikləri etirazları araşdırmaq üçün formalaşdırdığı müstəqil komissiya bu məsələ haqqında məruzəsinin detallarını açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, məruzəyə əsasən, İsrail qüvvələrinin Qəzza zolağında keçirilən aksiyalar zamanı 189 fələstinlini öldürməsi və 6 100-dən çox insanı yaralamasını hərbi cinayət saymaq olar. Qəzzada fələstinlilərin “Böyük dönüş yürüşü” adlı aksiyalar çərçivəsində ötən il 30 martdan etibarən hər cümə təşkil etdikləri etirazlara İsrail təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsinə 189 nəfər həyatını itirib, minlərlə insan yaralanıb. Bu dəlillər Beynəlxalq Cinayət Məhkəməsi ilə bölüşdürüləcək. Aksiyalarda İsrail dövlətinin qurulmasıyla nəticələnən 1948-cı il müharibəsi zamanı evlərini tərk etməyə məcbur qalan, yaxud deportasiya edilən fələstinlilərin və qohumlarının müharibədə itirdikləri evlərinə qayıtma haqları tələb edilirdir. Etirazçılar, həmçinin Qəzzaya qarşı İsrail blokadasının yekunlaşdırılması üçün çağırış edirdilər.
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top