Devalvasiyadan sonra banklara ödənilən artıq vəsait vətəndaşlara qaytarılacaq - QAYDALAR


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Yeniavaz.com xəbər verir ki, fərmana əsasən devalvasiyadan sonra banklara ödənilən artıq vəsait vətəndaşlara geri qaytarılacaq.

Artıq ödənilən vəsaitin geri qaytarılması belə olacaq:

1.  2015-ci ilin fevralın 21-i tarixinə banklara 10 000 dollaradək borcu olan şəxslərin hər 1 dollar borcunun 25 qəpiyi (15 sent) dövlət büdcəsindən ödəniləcək.
Məsələn, bir şəxsin 21 fevralın 2015-ci il tarixində banklara 3 000 dollar kredit borcu varsa, həmin şəxsin bu tarixdən sonra banka ödədiyi və ya ödəyəcəyi məbləğin 750 manatı və ya 450 dolları güzəşt olunacaq. Belə ki, həmin şəxs 3 000 dolları artıq banka ödəyibsə 750 manat onun özünə qaytarılacaq, yox əgər ödəməybsə banka ödəniləcək. 

2. 2015-ci il 22 fevral - 21 dekabr tarixləri arasında banklardan 10 000 dollaradək kredit alan şəxslərin isə hər 1 dollar borcunun 60 qəpiyi (35 sent) dövlət büdcəsindən ödəniləcək.
Məsələn, bir şəxs 22 fevral - 22 dekabr 2015-ci il tarixləri arasında banklardan 3 000 dollar kredit alıbsa və həmin şəxsin bu tarixdən sonra banka ödədiyi və ya ödəyəcəyi məbləğin 1 800 manatı və ya 1 050 dolları güzəşt olunacaq. Belə ki, həmin şəxs 3 000 dolları artıq banka ödəyibsə 1800 manat onun özünə qaytarılacaq, yox əgər ödəməybsə banka ödəniləcək. 

DİGƏR XƏBƏRLƏR

Top