İki nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxundu - MƏHKƏMƏ


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan Tərlan İmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Yeniavaz.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxs üçün 7 il 6 ay həbs tələb edib. Hakim zərərçəkmiş İlkin Məmmədovu dindirib. İlkin Məmmədov şikayətinin olmadığını deyib. Təqsirləndirilən şəxsə son söz verilib və o özünü təqsirli bilib.
Məhkəmənin hökmü ilə Tərlan İmanov 5 il 11 ay azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəza çəkmə məntəqsində çəkəcək.
Qeyd edək ki, ötən il sentyabrın 28-də Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü İmanov Tərlan Cəmil oğlu idarə etdiyi “ZİL-130” markalı, 10-GL-195 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Şəhər şosesi küçəsində hərəkətdə olarkən piyada keçidində 1952-ci il təvəllüdlü Gülü Salmanovanı, habelə onun nəvələri - 2008-ci il təvəllüdlü İlkin Məmmədov və 2009-cu il təvəllüdlü Aygün Məmmədovanı vurub.
Hadisə nəticəsində zərərçəkmişlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. G.Salmanova və A.Məmmədova aldıqları xəsarətlər nəticəsində xəstəxanada ölüblər.
Daha sonra sürücü T.İmanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top