İtkin düşmüş şəxsin dəniz kənarında meyit tapılıb - FOTO - YENİLƏNİB

Sumqayıtda meyiti tapılan şəxsin bir müddət əvvəl itkin düşmüş, 1990-cı il təvəllüdlü Pərviz İlqar oğlu Quliyev olması müəyyən edilib.

P. Quliyev fevralın 22-də metronun "Azadlıq" stansiyası yaxınlığında itkin düşüb.

Onun itkin düşməsi barədə yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.

***13:26

Sumqayıt şəhərində dəniz kənarından kişi meyiti tapılıb.

Şəhərin dənizkənarında, "Mayak" adlanan ərazidə asılmış kişi meyiti aşkarlanıb.

Aparılan araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Pərviz Quliyev olması müəyyən edilib.

Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (ONA)

DİGƏR XƏBƏRLƏR

Top