Tramp: Şimali Koreya sanksiyaların ləğv edilməsini istəsə də imtina etdik


Şimali Koreya sanksiyaların ləğv edilməsini istədi, amma ABŞ imtina etdi.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kım Çen Inla keçirdiyi sammitin yekunları üzrə danışarkən deyib. Onun sözlərinə görə, Şimali Koreyanın sanksiyaların əvəzində verməyə hazır olduğu şey ABŞ-ı qane etməyib: “Kim Çen In nüvə və raket sınaqları keçirməmək vədi verdi.  ABŞ və Şimali Koreya çox məhsuldar sammit keçirdi. Sammit fikri ayrılıqlarına baxmayaraq, dostluq ab-havasında başa çatıb”.

DİGƏR XƏBƏRLƏR

Top