Qazaxda işıqforun qırmızı işığında hərəkət edən sürücü qəza törədib


Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, işıqforun qırmızı işığının tələblərinə məhəl qoyman sürücü idarə etdiyi avtomobillə hərəkətə davam edib bu zaman "VAZ" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə qəza baş verib. 

Hadisə zamanı xəsarət alan olmasada, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top