"Barselona" "Real"ı darmadağın etdi - VİDEO


Futbol üzrə İspaniya Kubokunda ilk finalçısı məlum olub.

Yeniavaz.com xəbər verir ki, Barselona yarımfinalda "Real Madrid"i böyük hesabla 3:0 məğlub edib. 

"Santyaqo Bernabeu" stadionunda baş tutan oyunda ilk hissədə hesab açılmayıb. İkinci hissədə hesabı 50-ci dəqiqədə Luis Suares açıb. 69-cu dəqiqədə Rafael Varan vurduğu avtoqolla hesabl 2:0 edib. 73-cü dəqiqədə "Real"ın qapısına təyin edilən penaltini Luis Suares dəqiqliklə yerinə yetirərək fərqi 3 topa çatdırıb. .

İki görüşün nəticəsinə görə (İlk görüş 1:1) "Barselona" finala çıxıb. 

 

 

DİGƏR XƏBƏRLƏR

Top