Keçmiş vəkilindən Tramp qarşı ittiham: “Yalançı və irqçidir”


ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koen Konqresin Təmsilçilər Məclisinin üzvləri qarşısında ifadə verib.

Yeniavaz.com xarici mediaya istinadən xəbər verir ki, keçmiş vəkil Tramp barəsində sensasion iddialar səsləndirib.

Koenin sözlərinə görə, Tramp, 2016-cı il seçkiləri zamanı Hillari Klintona aid yazışmaların internetə sızdırılacağını qabaqcadan bilib: "Tramp "Vikiliks"in bu məlumatları yayacağını biləndə "bu mükəmməl olmazmı?!" şəklində reaksiya verdi. Siyasi məsləhətçisi Rocer Stounun birbaşa "Vikiliks"in qurucusu Culian Assancla telefon danışığı olub"
Vəkil ABŞ Prezidentinin xanımını  pornoulduz Stormi Denielslə aldatdığını və onun bu barədə susması üçün aktrisaya 130 min dollar ödədiyini bildirib. Vəkil Trampın adının bu məsələdə hallanmaması üçün aktrisaya pulu şəxsən özünün verdiyini söyləyib. Koen Prezidentin təzyiqi ilə Melaniya Trampa da yalan söyləməyə məcbur qaldığını etiraf edib.

Prezidentin keçmiş vəkili onu irqçilikdə də günahlandırıb. Koenin sözlərinə görə, Obamanın iqtidarı dövründə Tramp bir dəfə ona, "Mənə qaradərili biri tərəfindən idarə olunan və nəcis çuxuruna çevrilməyən bir ölkə adı deyə bilərsən?" deyib. Vəkil Trampın buna bənzər bir neçə dəfə irqçi ifadələr səsləndirdiyini söyləyib: "Çikaqonun yoxsul məhəllələrindən keçirdik, Prezident "Yalnız qaradərililər belə yaşaya bilər" və daha sonra "Qaradərililər mənə səs verməzlər çünki onlar axmaqdırlar" dedi".
Tramp isə Koeni yalan danışmaqda və saxtakarlıqda ittiham edim. Prezident Koenin cəzasını yüngülləşdirmək üçün yalan danışdığını deyib.

DİGƏR XƏBƏRLƏR

Top