Azərbaycan neftinin son qiyməti


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 26-da 66,69 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,45 dollar/barel çoxdur.

Yeniavaz.com xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,43 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 62,87 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,46 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 64,41 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top