Qripə niyə heyvan adları qoyulur? - Baş epidemioloq açıqladı - VİDEO


Niyə ölkəmizdə də aşkarlanan H1N1 virusuna  "donuz qripi” demirik? 

İstər "donuz qripi”, istər "quş qripi”, istər insan qripi olsun, hansı adı verirlərsə versinlər, xəstəliyin bir törədicisi var. Bu da virusdur. Sadəcə, yerdən asılı olaraq, həmin "donuz qripi” deyilən qrip Meksikada, fermada donuzdan yoluxub və ona görə də belə adlandırılıb. Amma törədici H1N1 virusudur. Yaxud 1968-ci ildə İranda keçirilən parazitoloqların qurultayından bir müddət sonra həkimlər arasında xəstələnmə olub.
 
Aydınlaşdırılıb ki,Hon-Konqdan gələn 3 həkim yoluxmaya səbəb olub. Həmin vaxt da buna "Hon-Konq qripi” adı qoyublar. Yaxud "ispan qripi” var. Vaxtı ilə 20 milyondan artıq insan bu qripdən tələf olub. 

Yeniavaz.com medicina.az-a istinadən Azərbaycanın baş epidemioloqu İbadulla Ağayevin bu mövzuda açıqlamasını təqdim edir. 

DİGƏR XƏBƏRLƏR

Top