Moskvada həbs olunan 26 azərbaycanlı ilə bağlı SON XƏBƏR

Moskvada Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar aksiya keçirdiklərinə görə saxlanılan azərbaycanlı gənclər sərbəst buraxılıb.

Bu barədə Moskva şəhərinin Presnenski Rayon Məhkəməsi qərar çıxarıb. 

Hökmə əsasən, onlar cərimə olunublar. 


***
Bu gün mətbuatda gedən məlumata görə Moskvada 26 nəfər azərbaycanlı polis tərəfindən saxlanılıb. Onların saxlanmasına səbəb çərşənbə axşamı günü Xocalı soyqırımı ilə bağlı yürüş keçirmələri göstərilir.

Bəs görəsən onların aqibəti nə yerdədi?

Modern.az-ın Diasporla İş üzrə Dövlət Komitəsindən aldığı məlumata görə, aksiya zamanı Moskva polisi tərəfindən saxlanılan 26 nəfərdən 21-i artıq azadlığa buraxılıb. Hazırda 5 nəfərin məhkəməsi gedir. Yaxın saatlarda onlar azadlığa çıxacaqlar. 

DİGƏR XƏBƏRLƏR

Top