![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2019/2/27/1/b9059af9-6442-4484-a7c5-8777de13a92c/kanalizasiya-luk.jpg)
Qobuda kanalizasiya xətti quyularının qapaqlarını oğurlayanlar tutulub.
DİN-dən Yeniavaz.com-a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də Qobu qəsəbəsi ərazisindəki kanalizasiya xətti quyularının 7 qapağını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Yusibov və əvvəllər məhkum olunmuş R.Soltanov saxlanılıblar.