Erməni səfir: "Rus deputatların Xocalı yürüşündə iştirakından hiddətlənmişik"



Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan ötən gün bir neçə rusiyalı deputatın Bakıda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilən yürüşdə iştirak etməsinə münasibət bildirib. Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, səfir rusiyalı deputatların yürüşdə iştirak etməsinə görə hiddətləndiklərini bildirib. O deyib: “Biz Bakıdakı yürüşdə rusiyalı parlamentarilərinin iştirakından hiddətlənmişik. Biz parlamentarilərin özlərinin motivlərini heç başa düşmürük, onlar Bakıda nə ilə həmrəyliklərini ifadə edirlər və hansı missiya ilə  belə aksiyalarda iştirak edirlər. Əvvəllər olduğu kimi dostluq körpüsünün, səmimi və müttəfiqlik əlaqələrinin qurulmasına istiqamətlənmişik və ümid edirik ki, rusiyalı həmkarlarımız parlamentarilərin iştirakına görə müvafiq qiymət verəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top