
Bu gün səhər saatlarında İranın qərbində baş vermiş zəlzələ nəticəsində azı 17 nəfər xəsarət alıb.Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir lo, 4,7 bal gücündə zəlzələ yerli vaxtla saat 09:12-də hiss edilib. Qeyd edilir ki, yaşayış binaları cüzi zərər görüb. Avropa-Aralıq dəniz seysmoloji mərkəzi dəqiqləşdirib ki, yeraltı təkanların episentri İranın Xürrəmabad şəhərindən 62 kilometr cənub-qərbdə və İraqın Bəsrə şəhərindən 300 kilometr şimalda yerləşir. Təbii fəlakətin ocağı yerin 56 kilometr dərinliyində olub.