“Həkim doğuş iynəsini vurub başqa əməliyyata girib” - VİDEO


Xəbər verdiyimiz kimi, Bakıda Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ötən gecə ana və körpəsi ölüb. Ucar rayonu Lək kənd sakini Aynur Abbasova qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişib.  

Mərhumun qohumu Bəyaz Məmmədova qafqazinfo-ya açıqlamasında iddia edib ki, ölümə səbəb həkim səhvi olub: “Həkim iynə vurub ki, süni doğuşla uşağı doğuzdursun. İynəni vurduqdan sonra başqa əməliyyata girib. Əməliyyatdan gələndə görüb ki, xəstəni qan aparıb. Xəstə həkimə deyib ki, heç bir yeri görmür. Təzyiqini yoxlayıblar, 280 olub. 15 gün elə ağır vəziyyətdə, reanimasiyada olub, sonra da ölüb”.

DİGƏR XƏBƏRLƏR

Top