ABŞ və Şimali Koreya liderləri görüşdü


ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In Hanoyda görüşüblər. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, liderlərin orada tarixdə ikinci sammiti keçiriləcək. Sammit “Sofitel Legend Metropole” mehmanxanasında baş tutacaq. D. Tramp görüşdə ümid etdiyini bildirib ki, sammit çox uğurlu olacaq: “ABŞ iqtisadi potensialını reallaşdırmaqda Şimali Koreyaya kömək edəcək”.  K. Ç. In da əmin olduğunu deyib ki, sammit real nəticə verəcək: “Tramp ikinci Şimali Koreya-ABŞ sammitində iştirak etməklə cəsarət göstərib. İki ölkə etimadsızlıq və problemlərin öhdəsindən birlikdə gəlirlər”.

DİGƏR XƏBƏRLƏR

Top