Azərbaycanda və qonşu ölkələrdə uşaq bağçalarının aylıq ödənişi - SİYAHI + QİYMƏTLƏR


Region ölkələri arasında ən bahalı uşaq bağçaları Rusiyada fəaliyyət göstərirlər. Yeniavaz.com  məşhur "numbeo" portalında yer alan məlumatlara istinadən bildirir ki, Rusiyada valideyinlərin tam gün üçün nəzərdə tutulan uşaq bağçalarına ödədiyi orta aylıq məbləğ  288 dollara bərabərdir.  
Region ölkələri arasında Rusiyadan sonra ən bahalı uşaq bağçaları Türkiyədə fəaliyyət göstərirlər. Bu ölkədə tam gün üçün nəzərdə tutulan uşaq bağçalarında orta aylıq ödəniş 262 dollar təşkil edir.
Türkiyədən sonra ən baha uşaq bağçaları Azərbaycanda yerləşir. Azərbaycanda tam gün üçün nəzərdə tutulan uşaq bağçalarında orta aylıq xidmət haqqı 210 dollara bərabərdir.
Digər region ölkələrində isə tam gün üçün nəzərdə tutulan uşaq bağçalarının qiyməti belə olub:
ÖLKƏLƏR Orta aylıq ödəniş
Rusiya 288 dollar
Türkiyə 262 dollar
Azərbaycan 210 dollar
Moldova 195 dollar
Ukrayna 182 dollar
Qazaxıstan 154 dollar
Ermənistan 154 dollar
İran 147 dollar
Gürcüstan 107 dollar
 
           
           
 
 

DİGƏR XƏBƏRLƏR

Top