Hindistan Pakistan qırıcısını vurduğunu iddia edir


Hindistan Hərbi Hava Qüvvələri Pakistan aviasiyası ilə döyüşdə bir MiQ-21 təyyarəsini itirib, pilot itkin düşüb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Raviş Kumar deyib. Onun sözlərinə görə, Hindistanın MiQ-21 təyyarəsi Pakistan Hərbi Hava Qüvvələrinin qırıcısını vurub: “Bu hava döyüşündə bir MiQ-21 təyyarəsini itirdik, pilot itkin düşüb. Öz növbəsində, Pakistan tərəfi iddia edir ki, o, əsir götürülüb. Biz bu məlumatı dəqiqləşdiririk”. Diplomat qeyd edib ki, Hindistan ordusu “Caişe Məhəmməd” (“Məhəmmədin ordusu”) qruplaşması silahlılarının Balakot şəhərində (Pakistanın Kəşmirdə nəzarət etdiyi ərazi) düşərgəsinə qarşı əməliyyat keçirməsinə cavab olaraq Pakistan Hərbi Hava Qüvvələri hərəkətə keçib: “Biz məlumat aldıq ki, bu silahlılar  yeni hücumlara hazırlaşırlar və qüvvələrimiz antiterror əməliyyatı keçirdik. Pakistan tərəfi ona səhər saatlarında reaksiya verərək Hindistan ərazisində hərbçilərin ərazisinə zərbələr endirib”. Qeyd edək ki, Pakistan daha əvvəl Hindistanın iki təyyarəsini vurduğunu açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top