Pakistanın əsir götürdüyü hindli pilotun videosu yayıldı​


Pakistanın hava məkanını pozduğuna görə Hindistanın vurulan iki hərbi təyyarəsininin əsir götürülmüş pilotlarından birinin videosu yayılıb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, 49 saniyəlik video-çarxda pilot jurnalistlərə öz adını və hərbi rütbəsini deyir O bildirib: “Aviasiya komandiri Abxi Anand. Şəxsi nömrəm 27981-dir, mən hinduyam”. Hərbçi videoda qapalı məkandadır. Onun gözləri əski ilə bağlanıb, üzünüdə qan izləri var.

DİGƏR XƏBƏRLƏR

Top