
İranda Ermənistanın Baş naziri Nikol Paşinyanın Prezident Həsən Ruhani ilə görüşü başlayıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, erməni Baş nazir H. Ruhaninin dəvəti ilə Tehrana rəsmi səfər edib. Tərəflər bir-birini salamladıqdan sonra yüksək səviyyədə danışıqlar başlayıb. Qeyd edək ki, N. Paşinyan ilk dəfə olaraq Baş nazir statusunda İrana gedib.