Pakistan Hindistanın iki təyyarəsini vurdu


Pakistan ordusu Hindistanın iki hərbi  təyyarəsini vurub. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Hindistan təyyarələri mübahisəli Kəşmir regionunda Pakistanın hava məkanını pozub. Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinin rəhbəri general-mayor Asif Qafur bildirib ki, təyyarələrdən biri Azad Kəşmir ərazisinə, digəri isə nəzarət xətti ərazisinə düşüb. Vurulan təyyarələrin iki pilotu həbs edilib, onlardan birinin tibbi yardıma ehtiyacı var. Pakistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İslamabad  özünü müdafiə etmək iqtidarını nümayiş etdirib, lakin Hindistanla müharibəyə çalışmır.

DİGƏR XƏBƏRLƏR

Top