Ən çox istifadə olunan yağlar: Palma yağından istifadə sürətlə artır - CƏDVƏL


Ötən il dünyada 197 milyon 80 min ton bitki yağından istifadə olunub.
Yeniavaz.com statista.com saytına istinadən bildirir ki, əvvəlki illə müqayisədə istifadə olunan bitki yağlarının miqdarı 3,2% və ya 6 milyon 40 min ton artıb.
Dünyada ən çox istifadə olunun bitki yağı isə palma yağı olub. Ötən il dünyada istifadə olunan bitki yağlarının təxminən 1/3-i və ya 69 milyon 570 min tonu palma yağının payına düşüb. Son bir il ərzində palma yağından istifadə 6,8% və ya 4 milyon 420 min ton artıb.
Ən çox istifadə olunan bitki yağları arasına ikinci sırada soya yağı dayanır. 2018-ci ildə bütün dünyada 57 milyon 50 min ton soya yağının istifadə edildiyi bildirilir. Soya yağından sonra ən çox raps yağından istifadə edilib ki, bu yağın da illik istehlakı 27 milyon830 min ton olub. Günəbaxan yağı isə 17 milyon 500 min tonla 4-cü sırada yer alıb. Ən az istifadə olunan bitki yağı isə zeytun yağı olub. Dünyada il ərzində 3 milyon 70 min ton zeytun yağından istifadə edilib.
  2017-ci il
(milyon ton)
2018-ci il
(milyon ton)
Palma yağı 65,15 69,57
Soya yağı 54,59 57,05
Raps (kanola) yağı 28,65 27,83
Günəbaxan yağı 17,63 17,5
Xurma yağı 7,7 7,97
Fıstıq yağı 5,95 5,53
Pambıq yağı 5,12 5,15
Kokos yağı 3,38 3,41
Zeytun yağı 2,87 3,07
191,04 197,08

DİGƏR XƏBƏRLƏR

Top