Bu yolda diqqətli olun


Bakı şəhəri, Ukrayna dairəsindən Neapol dairəsinə kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Yeniavaz.com "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən xəbər verir ki, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top