Moskvada Xocalını yad edən azərbaycanlılar saxlanıldı - VİDEO

Rusiyanın paytaxtı Moskvada Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə yürüş keçirmək istəyən azərbaycanlılar saxlanılıb. 

Yeniavaz.com xəbər verir ki, bununla bağlı görüntülər “YouTube”da yayımlanıb. 

Məlumata görə, yürüş iştirakçıları üzərində Azərbaycan bayrağı olan avtomobillərlə Moskvanın bir neçə küçəsindən keçərək, Azərbaycanın Moskvadakı səfirliyi önünə toplaşmaq istəyiblər. 

Ancaq polis buna imkan verməyib. Ümumilikdə, yürüşdə iştirak etmək istəyən 10-dan çox avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top