
Venesuela Silahlı Qüvvələrindən fərarilik edənlərin sayı 320 nəfəri ötüb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Kolumbiya Miqrasiya Xidmətinin rəhbəri Kristian Krüger deyib. Onun sözlərinə görə, vəziyyət hər saat dəyişir: “Hazırda təqribən 28 venesuelalı hərbçi Kukuta şəhərində yardım istəyir. Kolumbiya hakimiyyəti hər bir fərarini diqqətlə yoxlayır”. K. Krüger əlavə edib ki, Kolumbiya Venesuela ilə sərhəddə öz buraxılış məntəqələrini açacaq.