13 dəfə istefa verən Məhəmməd Cavad Zərifə bu dəfə də “yox” dedilər

 
İran Prezidenti Həsən Ruhani ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyib. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib. Onun sözlərinə görə, xarici işlər naziri M. C. Zərifin istefa səbəblərinə dair bütün şərhlər və təhlillər onun “Instagram” akkauntundan yerləşdirdiyindən başqa dəqiq deyil: “İran Prezident Administrasiyasının rəhbərinin bu gün dediyi kimi istefa qəbul edilməyib”. Xatırladaq ki, M. C. Zərif fevralın 25-də istefa verib. O, istefa səbəbini belə izah edib: “Mən xarici işlər naziri qismində işimi davam etdirməyə hazır olmadığıma görə səmimi qəlbdən üzr istəyirəm. Xidmətim ərzində bütün çatışmazlıqlara görə bağışlayın”. İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Cavad Kərimi Qodusi bildirib ki, M.C. Zərif XİN başçısı vəzifəsindən artıq 13 dəfə istefa verib, lakin Prezident hər dəfə onun istefasını qəbul etməyib. 

DİGƏR XƏBƏRLƏR

Top