Bakı metrosunda sıxlıq - Qatarlar tuneldə qaldı


Bu gün Bakı metrosunda sərnişin sıxlığı müşahidə olunur.

Bu barədə hadisə şahidləri məlumat veriblər. Bildirilir ki, metronun “28 may”, “Gənclik”, “Nərimanov”, “Koroğlu” və digər stansiyalarında basabas yaşanır. Həmçinin bir neçə stansiya arasında və platformalarda qatarların hərəkəti ləngiyir.

Məsələ ilə əlaqədar Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, bu gün səhər saatlarından Bakı metrosunda sərnişin sıxlığı müşahidə olunur.

“Metro qatarlarınnın heç birində texniki nasazlıq yoxdur. Sadəcə olaraq sərnişin sıxlığı yaranıb. Stansiyalarda sərnişinlərin qatarların qapılarını tutub-saxlamaları və digər ləngimələr qatarların qrafikinin pozulmasına səbəb olur.

Bununla da, tunellərdə və platformalarda qatarlar gözləməli olur”, - deyə B.Məmmədov bildirib.(baku.ws)

DİGƏR XƏBƏRLƏR

Top