Əsəd Tehranda səfərdədir: Xamenei və Ruhani ilə görüşdü - VİDEO

 
 
Suriya Prezidenti Bəşər Əsəd bazar ertəsi Tehranda İranın ali dini lideri Əli Xamenei ilə görüşüb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Ə.Xamenei Suriya ordusunun qələbələri münasibəti ilə B. Əsədi təbrik edib.
 
Ayətulla Ə. Xamenei bildirib: “Bu qələbələr Qərbin və Amerikanın regiondakı planlarına qətiyyətli zərbələr endirdi. Bu amil böyük ehtiyatın göstərilməsini tələb edir, çünki onlar öz uduzmalarına görə gələcəkdə reaksiya qismində gizlincə hazırlıq görə bilərlər”.
 
Tərəflər bəzi Qərb ölkələrinin regionda, xüsusi ilə Suriya və İrana qarşı xaos yaratmaq cəhdləri siyasətinə bundan sonra müqavimət göstərmək niyyətində oldquqlarını vurğulayıblar.
 
Suriya Prezidenti Tehrana səfəri çərçivəsində İran Prezidenti Həsən Ruhani ilə də görüşüb. Görüşdə tərəflə ikitərəfli əlaqələrin inkişafından məmnuq olduqlarını ifadə ediblər və bütün səviyyələrdə koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.
 
H. Ruhani qeyd edib ki, Tehran terrorçuqla mübarizənin başa çatdırılması və Suriyanın bərpasına başlamaq üçün Dəməşqə bütün zəruri köməyi göstərməyə davam edəcək. B. Əsəd isə öz növbəsində Suriyanın qanuni hakimiyyətini dəstəklədiyinə görə H. Ruhaniyə və İran xalqına təşəkkür edib. 

 

DİGƏR XƏBƏRLƏR

Top