Gəncə sakinindən 475 qram qurudulmuş marixuana götürülüb


DİN Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə St Xətt Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində fevralın 23-də növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Gəncə şəhər sakini sakini 36 yaşlı Elnur İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin iç cibindən yabanı halda bitən narkotik vasitə hesab olunan ümumi çəkisi 475 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı PŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir. Vüqar Nəbiyev

DİGƏR XƏBƏRLƏR

Top