Ramil Usubov DYP rəisini işdən çıxartdı


Bakının Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi işdən çıxarılıb.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsini polis kapitanı Ramiz Rzayev icra edir. (ona.az)

DİGƏR XƏBƏRLƏR

Top