Bakıda həyatlarını təhlükəyə atan təmizlik işçiləri - VİDEO


Bu gün paytaxtın Sabunçu rayonunda rayonun mənzil kommunal təsərrüfat birliyinə məxsus 99-JG-118 – dövlət nömrə nişanlı zibil maşının işçiləri magistral yolda öz həyatlarını təhlükəyə atıblar.
Yeniavaz.com xəbər verir ki, zibil maşınının işçiləri təxminən 50-60 km/saat sürətlə hərəkət edən konteynerin arxasında ayaqüstə dayandıqları halda avtomobil hərəkətini davam etdirib.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı bildirib ki, bu halda işçilər yalnız avtomobilin kabinində, sürücünün yanında ola bilərlər. Əks halda sərnişindaşıma qaydaları kobud halda pozulur.

DİGƏR XƏBƏRLƏR

Top