Lavrov: "Türkiyə ilə hansı kürd qüvvələrinin terrorçu olması barədə həmfikir deyilik"


“Türkiyənin Suriya sərhədi ilə bağlı narahatlıqlarını anlayışla qarşılayırıq, ancaq kürd qüvvələri haqqında tam həmfikir deyilik”. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, iki şeyi bir-birindən ayırmaq lazımdır: “Hansı kürd qüvvələrinin terrorçu olaraq tanınmasının lazımlığı məsələsində Türkiyə ilə tam həmfikir deyilik. Türkiyənin xüsusi mövqeyi var. Əndişələrini anlayırıq, ancaq sapla samanı ayırmaq lazımdır. Hansı kürd qüvvələrinin radikal və Türkiyə üçün təhdid törətdiyini ayırd etmək lazımdır”. S.Lavrov əlavə edib ki, ABŞ-ın yol verdiyi səhvlər Türkiyənin narahatlığına səbəb olub: “ABŞ dəstək verdiyi kürd qüvvələrini ərəblərin çoxluq təşkil etdiyi bölgələri nəzarətə götürmək məsələsində cəsarətləndirərək Türkiyənin əndişələrinə səbəb olub”.  Nazir əlavə edib ki, ölkəs İran və Türkiyə ilə birlikdə Suriyada hərbi əməliyyat aparmaq niyyətində deyil: “Rusiya və İran qüvvələri qanuni hökumətin dəvəti əsasında Suriyadadır. Rəsmi Dəməşq türk ordusunun Suriyada mövcudluğuna qarşı çıxır, ancaq Astana prosesini dəstəkləyir”.

DİGƏR XƏBƏRLƏR

Top