​Rusiyada maşınla 2 nəfəri vuran azərbaycanlı həbs edildi​


Sankt-Peterburq şəhərinin Kuybışev rayon məhkəməsi Nevski prospektində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən azərbaycanlı Murad Qasımovu həbs edib.
Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, o, iki ay müddətinə, aprelin 23-dək həbsdə qalacaq. Müstəntiq bildirib ki, ittiham olunan şəxsin xarici pasportu var, sistematik olaraq xarici ölkələrə gedir, bununla da ilkin istintaq orqanlarından gizlənə bilər. Prokurorluq vəsatəti tam dəstəkləyərək M. Qasımov üçün həbs qətiimkan tədbiri seçib. M. Qasımov məhkəmə iclasında peşmançılıq çəkdini və cəza çəkməyə hazır olduğunu deyib. İclas zamanı müttəhimə Azərbaycan dilindən tərcüməçi təqdim edilib. M. Qasımovun sözlərinə görə, yalnız Rusiya vətəndaşlığı var, lakin iş materiallarında Azərbaycan pasportunun nüsxəsi də olub. İstintaqın versiyasına əsasən, fevralın 24-də M. Qasımov sərxoş vəziyyətdə idarə etdiyi BMW X6 avtomobil ilə digər maşınla toqquşub, ardından səkiyə çıxaraq 5 piyadanı vurub. İki nəfər hadisə yerində ölüb, üç nəfər xəstəxanaya yerləşdirilib. Ölnlərin Moskva sakini və ABŞ vətəndaşı olduğu deyilir. M. Qasımov, hərçənd 2018-cı ilin noyabrında sürücülük vəsiqəsindən məhrum edilib. M.Qasımovun qohumi bildirib ki, xəsarət alanları şəxsən özü axtaracaq: “Xəstəxanaları gəzəcəyəm, onlar istəsə də, istəməsə də kömək edəcəyəm.


DİGƏR XƏBƏRLƏR

Top