Paşinyanın Qarabağ planı, sülh əvəzinə ərazilər... - Ter-Petrosyandan AÇIQLAMA


Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin baş naziri Nikol Paşinyanla münasibətlər və ictimaiyyətin müxtəlif dairələrində bu kontekstdə yayılan iddialarla əlaqədar məqalə qələmə alıb.

Məqalə “ilur.am” saytında dərc edilib.

Keçmiş prezident bununla da Paşinyanı saxta ittihamların hədəfinə çevirmək istəmədiyini deyib.

“Beləliklə, mən sükutu pozmağa və bu haqda şəxsi fikrimi bildirməyə qərar verdim. Sizi inandırıram ki, məqsəd heç də özünümüdafiə deyil, Paşinyanı yanlış ittihamların hədəfinə çevirməməkdir”, - məqalədə deyilir.

Petrosyan Paşinyanın onun mənəvi oğlu olması haqqında deyilənləri uydurma adlandırıb. Paşinyanın hər axşam ona zəng etdiyi və məsləhətləşdiyi barədə iddalara gəlincə, Levon Ter-Petrosyan bu iddiaları son dərəcə mənasız, ağılsızlıq adlandırıb.

“2012-ci ildə mən onunla yalnız bir dəfə görüşmüşən. 2018-ci il iyulun 16-da hökumət mətbuat xidməti bu barədə rəsmi bəyanatla çıxış etdi. Bundan sonra baş nazirlə hər hansı telefon söhbətləri olmayıb. Kimlərsə düşünürlərsə ki, Paşinyanı yönəltmək, nəsə məsləhət görmək və ya diktə etmək olar, ya dərindən səhv edirlər, ya da bu insanı heç tanımırlar. Onlar bu insan barəsində şəxsi fikirlərinə əsaslanaraq mühakimə yürüdürlər. Mən Paşinyandan daha müstəqil insan görməmişəm”, - o deyib.

Siyasətçi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə gündəmdə olan “sülh əvəzinə ərazilər” düsturu haqqında da fikirlərini açıqlayıb:

“Dərhal qeyd etmək istəyirəm ki, nə mən, nə də Paşinyan heç vaxt “sülh əvəzinə ərazilər” düsturundan istifadə etməmişik. Bu, pis adamlar tərəfindən uydurulmuş böhtandır. Qarabağ münaqişəsinin nizama salınması proqramına gəlincə, Ermənistanın üç prezidentindən fərqli olaraq, Paşinyanın özünün proqramı hələ heç kəsə məlum deyil. O, hələlik bəzi bir neçə prinsip səsləndirməklə kifayətlənir, məsələn, Qarabağ adından danışıqların aparılması haqqında Koçaryan-Sarkisyan mövqeyindən imtina, Qarabağın danışıqlarda tamhüquqlu tərəf kimi iştirak etməsi. Həmçinin qeyd etmək lazımdır ki, Paşinyanın hansı proqramla çıxış etməsindən asılı olmayaraq, bu, onun şəxsi proqramı olacaq. Ermənistanın hər bir lideri öz proqramına görə məsuliyyətlidir”. (publika.az)

DİGƏR XƏBƏRLƏR

Top