AzTV-nin efirində tərsinə asılmış Azərbaycan bayrağı nümayiş etdirildi - VİDEO


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə  hazırlanan və AzTV-də yayımlanan sosial çarxda Azərbaycan bayrağının tərsinə asıldığı görünür.

Yeniavaz.com xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, nazirliyin "Dost" Mərkəzləri ilə bağlı hazırladığı sosial çarxda Azərbaycan bayrağı tərsinə asılıb. Belə ki, video-çarxın 24-cü saniyəsində paralimpiyaçı uşaq su hovuzunda üzərkən divarda asılan bayraqda mavi və yaşıl rənglərinin yeri səhvdir. Həmin video-çarx 9 fevral 2019-cu il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi "Youtube" səhifəsində paylaşılıb.

Sözügedən məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, sosial rolik çəkilişindən sonra bayrağa olunan yalnışlıq aradan qaldırılıb və həmin görüntü ilə bağı nazirlik açıqlama verəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin son Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında" 21 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, dövlət bayrağının mavi deyil, yaşıl zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.

 

DİGƏR XƏBƏRLƏR

Top