Prezident İlham Əliyev: Problemli kreditlərin həlli məsələsi yekunlaşmaq üzrədir

Bu gün anons vermək istəyirəm ki, problemli kreditlərin həlli məsələsi yekunlaşmaq üzrədir. Bunu iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə Prezkident İlham Əliyev bildirib.

"Problemli kreditlər əhalini narahat edir.  Ötən ildən hökumət üzvlərinə göstərişlər verilib. Təkliflər paketi hazırlanır. Milli Məclisdə də də müxtəlif təkliflər verilib.  

Bu məsələ ilə işçi qurup ciddi məşğuldur. Son 2 aydır ciddi iş aparılır. Bu asan məsələ deyil. Biz bu məsələni həlll edirərək vətəndaşların maliyyə yükünü, maliyyə vəziyyətinin yaxşılaşdırılmasını görürük. Bir-neçə ay ərzində aparlmış ciddi müzakirələr nəticəyə gəlməyə əsas verir. Biz təkliflərin son mərhələsindəyik. Biz yaxın gələcəkdə bunu həll edəcəyik. Buna oxşar bəzi ölklərdə qərarlar əqbul edilib, amma icra edilməyib. Vətəndaşlar üçün ən məqbul variantın seçilməsi ön plandadır. Bu gün anons vermək istıəyirəm ki, bu məsələ yekunlaşmaq üzrədir”. (marja)

DİGƏR XƏBƏRLƏR

Top