Bakıda yaşayış binası yanır - VİDEO

Bakıda yaşayış kompleksində baş verən yanğın davam edir.

Səfahət Mehdiyev küçəsində yerləşən 24 mərtəbəli  yaşayış kompleksində baş verən yanğının söndürülməsinə 5 yanğınsöndürən maşın cəlb edilib.

Yanğın baş verən binanın sakinləri təxliyə edilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***13:34
Bakıda yaşayış binası yanır.

Hadisə paytaxtın Yasamal rayonu, “Lider” televiziyasının yaxınlığında qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.


(ONA)

DİGƏR XƏBƏRLƏR

Top