Azərbaycanda jurnalistin avtomobilindən oğurluq hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, 25.02.2019-cü il gecə saatlarında "Xalqxeber" saytının baş redaktoru Peyman Sadıqovun şəxsi istifadəsində olan 90-ZX-444 dövlət qeydiyyat nömrəli avtomobilindən oğurluq edilib.
Bu barədə Peyman Sadıqov şəxsi sosial profilində də məlumat verib.
O bildirib ki, avtomobilindən mühüm sənədlər, öz adına olan bank kartları və maşının salonunda quraşdırdığı videoqeydiyyat cihazı oğurlanıb.
Həmçinin, avtomobilin şüşəsi sındırılaraq xeyli ziyan vurulub.