Fuad Abbasov qızını erməniyə ərə verən vəzifəli şəxslə bağlı müraciət etdi - VİDEO


Rusiya İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri, jurnalist Fuad Abbasov dünən rəhbəri olduğu İnternet televiziyası "Misra TV" vasitəsilə canlı yayım edərək Rusiyada yaşayan həmvətənlərinə müraciət edib.

Yeniavaz.com
xəbər verir ki, müraciətdə əsas məsələlərdən biri Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun tutduğu vəzifədən uzaqlaşdırılması üçün həmrəylik istəyi olub. 

Onun bu istəyinə müsbət reaksiya verənlər çox olub. Rusiyada yaşayan azərbaycanlılar canlı yayıma etdikləri zəngləri və şərhləri ilə belə bir şəxsin vəzifədə olmasına qarşı olduqlarını bildiriblər. 
 
Fuad Abbasov deyib ki, həyat yoldaşı erməni olan və qızını da erməniyə ərə verən Ağadadaş Kərimov hər zaman ermənilərin mövqeyini müdafiə edib. Təbii ki, azərbaycanlı-çeçen millətləri arasında münaqişənin səbəbkarının erməni olmasının üzə çıxarılıması erməniləri narahat etdiyindən Kərimov "Prezident" otelində baş tutan görüşdə çağırılmamış qonaq olsa da öz çevrəsi ilə məkana gələrək ermənilərin müdafiə mövqeyini müdafiə etmək istəyib. Lakin F.Abbasovun sayıqlığı nəticəsində o, buna nail olmayıb. 

Abbasov belə bir şəxsin Moskva azərbaycanlılarına Kərimovun rəhbərlik etməsinin doğru olmadığını, birləşərək onun vəzifəsindən getməsinə nail olmağa çağırıb. Bunun üçün Moskvada yaşayan azərbaycanlıların dəstəyilə hüquqi prosedurlar başlamalıdır.

F.Abbasov canlı yayımda deyib ki, Rusiya Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Mehriban Sadıqovanın da vəzifəsindən getməsinin vaxtı gəlib və bu istiqamətdə işlər görəcək.

Fuad Abbasov canlı yayımda çeçenləri bizə qarşı ayağa qaldıran Ermənistan vətəndaşı 1993-cü il təvəllüdlü Harnik Aramoviç Vardanyanın çeçenləri qəzəbləndirən hərəkətini də açıqlayıb. 

Erməni Harnik Alixan adlı çeçen gəncin həyat yoldaşını təhqir edib və bunu edərkən özünü azərbaycanlı kimi qələmə verib. Həyat yoldaşı, namusu təhqir olunan Alixan "WhatsApp" yazışmasında azərbaycanlıları təhqir etdiyi videonu Harnikə göndərib.  

Erməni təxribatçı Alixanın azərbaycanlıları təhqir etdiyi videonu "WhatsApp"da yayaraq öz məqsədinə çatıb. Nəticədə azərbaycanlılar Alixanı taparaq cəzalandırıblar. Məhz bu hadisədən sonra çeçenlər azərbaycanlılara qarşı ayağa qalxdı.   

Fuad Abbasov iki dost millət arasında düşmənçilik toxumu səpən şəxsin erməni olduğunu üzə çıxartdıqdan sonra Rusiya Federasiyasında yaşayan ermənilər ona qarşı kompaniyalar aparırlar. Ermənilərin apardığı kampaniyaya əks həmlə olaraq həmyerlimiz sosial şəbəkələrdə təbliğat işlərinə başlayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top