CBC Xocalıdan bəhs edən filmi göstərməkdən imtina etməsi barədə iddialara CAVAB VERDİ


"Sonsuz Dəhliz" filmi CBC telekanalının efir proqramına daxil edilib və ekran əsəri fevralın 24-də saat 22:00-da nümayiş etdirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Report"a CBC telekanalından məlumat verilib.

Qeyd edilib ki, Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” ("Endless Corridor") filminin müəlliflərinin Azərbaycandakı tərəfdaşlarının ekran əsərinin rus versiyasını efirdə yayımlamaq məqsədilə CBC telekanalına təqdim etməsi, lakin telekanalın filmi göstərməkdən imtina etməsi barədə iddiaları əsassızdır: "Film fevralın 25-26-da da CBC TV-də yayımlanacaq. Məlumat üçün bildiririk ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna edilən son dəyişikliyə əsasən, siqaret ve tütünçəkmə görüntülərinin televiziya və videofilmlərdə açıq yayımlanması qadağan edildikdən sonra Milli Televiziya və Radio Şurası bütün telekanallar qarşısında bu dəyişiklikdən irəli gələn tələblər qoyduğu üçün CBC TV TEAS Press-in filmlə bağlı telekanala müraciət edən əməkdaşına filmdə siqaret olan kadrların üstünün bağlanması və bundan başqa digər bəzi kiçik üslub düzəlişləri edilməsini təklif edib. Lakin filmi təqdim edən qurumun əməkdaşı bildirib ki, film Litvada hazırlanıb, buna görə də həmin qeydləri etmək çətin olacaq.

Bu məlumatı nəzərə alan televiziya kanalının rəhbərliyi yalnız siqaret görüntülərinin üstünü örtməklə müfaviq əməkdaşlara “Sonsuz Dəhliz” filmini nümayiş üçün hazırlamaq göstərişi verib. Bu prosesdən sonra film efir proqramına daxil edilib".

Televiziyadan bildirilib ki, 2016-cı ilin aprelində ermənilərin növbəti təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlar haqda CBC telekanalının nümayiş etdirdiyi videokadrlara dünyanın bir çox beynəlxalq telekanalı, o cümlədən Rusiyanın aparıcı NTV, ORT, Rossiya 24 kimi kanalları istinad etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top