Törətmədiyi cinayətə görə 39 il həbsdə qalana 21 milyon dollar veriləcək


Simmi-Velli şəhərinin (Kaliforniya ştatı) hakimiyyəti törətmədiyi cinayətə görə 39 il həbsdə qalan Kreyq Koliyə kompensasiya qismində 21 milyon dollar ödəyəcək.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, şəhər hakimiyyəti bu məqsədlə öz büdcəsindən təqribən 4,9 milyon dollar ayıracaq, vəsaitin qalan hissəsi digər mənbələrdən daxil olacaq. K. Koli 1978-ci ildə qadın və onun 4 yaşlı oğlunu öldürməkdə təqsirli bilinib. Kaliforniya qubernatoru Cerri Braun 2017-ci ilin noyabrında 70 yaşı tamam olmuş məhbusu əfv edib. Müəyyən edilib ki, qətli başqa şəxs törədib.

DİGƏR XƏBƏRLƏR

Top