Goranboyda canavarlara qarşı tədbir görülüb


Fevralın ilk günlərindən Goranboyun bir neçə kəndinə hücum edərək təsərrüfata ziyan vuran canavarlara qarşı tədbir görülüb. 
Yeniavaz.com xəbər verir ki, rayonun Boluslu və Eyvazlılar kəndlərində yırtıcıların təsərrüfata ziyan vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında İşçi Qrupu yaradılıb.
Nazirliyin və “Azərovçu” İctimai Birliyinin əməkdaşlarından ibarət İşçi Qrup sözügedən ərazidə canvarların hücum etdikləri istiqamətləri müəyyənləşdirib. Xırdıbuynuzlu heyvanların otarıldığı ərazidə pusqular qurularaq havaya atəş açılıb. Bundan başqa yerli sakinlərlə marifləndimə işləri də aparılıb.
İşçi Qrup ərazidə həm gündüz, həm də axşam saatlarında fəaliyyət göstərir. Ötən gecə qrupun əməkdaşları hətta ərazidə olan zaman canvarla üzə-üzə gəliblər. Ovçu Yasin Eyvazovun  sözlərinə görə, canavar barıt iyisini duyduqda bir müddət o əraziyə yaxın gəlmir.
Qeyd edək ki, fevral ayı ərzində yırtıcılar Goranboy rayonun Bolusu, Eyvazlılar kəndlərində sakinlərə məxsus 20-ə yaxın heyvanı tələf ediblər.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top