Kanadada 30 minə yaxın istifadəçi elektrik enerjisiz qalıb


Kanadanın Ontario vilayətində qasırğa nəticəsində 30 minə yaxın təsərrüfat, mağaza, dövlət strukturu elektrik enerjisiz qalıb.

Küləyin sürəti bəzi yerlərdə 120 km/s-a çatır (33 m/s).

Hydro One regional elektrik şəbəkə şirkəti bildirib ki, qəza briqadaları şəbəkələrdə baş verən problemləri arada qaldırır. İşlərin yekunlaşma müddəti dəqiqləşdirilmir.

Bundan başqa KİV-lər təbii fəlakət nəticəsində bir çox evə, reklam konstruksiyalarına, ziyanın dəydiyini qeyd edir. Xəsarət alan barədə məlumat yoxdur.(trend)

DİGƏR XƏBƏRLƏR

Top