Belçika polisi hökumətin 40 zirehli lüks avtomobil almasına etiraz edir

 
Belçika hökumətinin ölkəyə gələn əcnəbi dövlət başçılarının xidmətində istifadə etmək məqsədi ilə 49 ədəd zirehli “Meredes” avtomobil alması polisin etirazına səbəb olub. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, diyircəkli qələm almaq üçün aylarla gözlədiklərini və nəqliyyat vasitəsinin çatışmazlığına görə evlərə basqına qatarla getmək məcburiyyətində qaldıqlarını deyən polis həmkarlar ittifaqı 25 milyon avro dəyərində lüks avtomobil tenderini pulların sovrulması kimi qiymətləndirir.
 
Belçika Daxili İşlər Nazirliyi ötən ay 49 ədəd “Mercedes S” sinifli zirehli avtomobil tenderini qazanan “Carat Duchatelet” adlı şirkətlə saziş imzalayıb. Sazişə əsasən, Belçik şirkəti federal polis təşkilatına 7 il ərzində hər il 7 ədəd zirehli lüks nəqliyyat vasitəsi verəcək. Qiyməti 400-500 min avro arasında dəyişən avtomobillər üçün ümumilikdə 25 milyon avro ödənəcək.
 
Ölkədəki polislərin üzv olduqları federal həmkarlar ittifaqları lüks nəqliyyat vasitələrinin tenderini onlarla məsləhətləşmədən aparıldığını əsas gətirərək hökumətdən açıqlama verilməsini istəyir. Tender sənədinin maliyyə təftişçilərinin təsdiqinə verilmədiyini deyən Xristian Polis Həmkarlar İttifaqının sözçüsü Cori Dehaes bildirib ki, iflasın astasında olan polis təşkilatı üçün ən sonuncu ehtiyac zirehli lüks avtomobillərdir.
 
O deyib: “Tələb etdiyimiz diyircəkli qələmi və ya uniformanın altından geyinilən şalvarı almaq üçün aylarla gözləyirik. Araşdırmalar baxımından həyati önəmə malik kompüterləri almaq üçün uzun müddət gözləməli oluruq. Heç bir şey üçün pul yoxdur. Ötən günlər Verne şəhərinin polisləri insan qaçaqmalçılığı təhqiqatı çərçivəsində evdə axtarış aparmaq üçün Brüsselə qatarla gedib”. 

DİGƏR XƏBƏRLƏR

Top