Bu küçələrdə xətlərin rənglənməsi işləri aparılacaq - XƏBƏRDARLIQ


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Neftçilər prospektinin Rixard Zorge küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinədək, həmçinin Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektinə doğru olan hissəsində bu gecə saat 22:00-dan səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Məlumatda bildirilir: "Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur".

DİGƏR XƏBƏRLƏR

Top