Gecə-gündüz dincliyimiz yox idi.
Ümidimiz imkanımızdan çox idi.
Biri Şirvan, o biri Naxçıvan, digərləri Lənkəran, Quba, Qazax, Qarabağ, Borçalı ləhcələrində danışırdı. Amma “qadan aleem”i mən elə “qadooyalım” kimi qəbul edirdim. Söhbət edəndə biri “bəli” əvəzinə “ay həəə”, o biri əl arabasına”helləmə”, digəri çəngələ “cırıq qaşıq” deyirdi. Mən Quba-Xaçmaz bölgəsinin gözəllik və özəlliklərini Teymurun, Qarabağ bölgəsinin kitablara yazılmayan tarixini Elçinin, Nizami yurdunun özünəməxsusluqlarını Vaqifin, Naxçıvan insanının qonaqpərvərliyini Muxtar Qasımzadənin, yazı da, qışı da rənglər qalareyası olan Lənkəranın, Astaranın bəhrəli bağlarının ətrini Azərin söhbətlərindən duyur, eşidir və öyrənirdim. Və tələbə dostlarımı dinlədikcə Vətən mənim gözlərimdə daha da böyüyür, gözəlləşirdi. Anlayırdım ki, sən demə, yurdu gözəl, cəlbedici edən təkcə təbii gözəllikləri, sərvətləri deyil, həm də zəngin adət-ənənələri, qürurverici qəhrəmanlar yetişdirən insan qaynaqlarıdır...
Bir qazan bozbaş, bir tava kartof bişirir və deyə-gülə yığılıb yeyirdik. Hələ qonşu otaqdan gələnlərə də çatırdı.
Kimsə çoxlu kitab oxumaq sevdalısıydı,
başqa birisi möhkəm futbol azarkeşi...
Elələri də vardı gizli-gizli yazırdı. Məhəbbət məktubu yazan da vardı, sevgi şeiri yazan da.
O yazıların çatacağı ünvanların çoxunu bilirdik, amma üzə vurmurduq...
Ömrün solmaz baharı
Tələbəlikdə illərlə ürəyimizdə göyərən arzumuza qovuşur, çoxumuz sevdalanır, həm də yeni dostlar qazanırıq.
Azər Abdullayevlə auditoriyalarda yanaşı oturmuşuq, yataqxanada eyni qazandan xörək yemişik, vaxt olub ki, son manatımızı bölmüşük...
O çağlardan neçə bahar, neçə payız ötüb. Amma heç nəyi unutmamışıq. Hər dəfə görüşəndə doğmalar kimi sarılırıq, yaxud tez-tez telefonla xeyli dərdləşirik. Bu zaman ürəyimiz sevinir, elə bil o illəri yenidən yaşayırıq.
Bir vaxt “Astara” deyiləndə...
...Gözlərim önünə tikanlı məftillər gələr, qulağımda mərhum şairimiz Söhrab Tahirin həsrət, ayrılıqla dolu kövrək misraları səslənirdi:
- Mənim qollarımı iynə-sap edin,
Tikin Astaranı biri birinə...
...İndi isə dünya başqadı, çox şey dəyişib. Tikanlı məftillər hələ qalsa da, arzusu, amalı bir olan xalqımız daha aydın sabahlarda bir olacağına inanır...
Astaradan gəlmişdi, “Astara”ya qayıtdı
Biz universiteti bitirəndə məzunların çoxu Bakıda qalmağa, respublika mətbuatında işləməyə çalışırdı. Azər də istəsəydi populyar qəzet-jurnallarda, radio-televiziyada işə düzələ bilərdi. Amma o, könüllü olaraq doğma “Astara” qəzetini seçdi və onun jurnalistlik fəaliyyəti həmişəlik bu mətbu orqanı ilə bağlı oldu. Bununla belə, tez-tez maraqlı yazılarla respublika mətbuatında çıxış etdi, bir çox müsabiqələrdə qalib oldu. 29 yaşında (bu, o dövr üçün çox uğurlu göstərici idi) “Astara” qəzetinin redaktoru təyin edildi və 12 il bu vəzifədə ləyaqətlə çalışdı. Qəzetin tirajı iki il ərzində iki mindən səkkiz minə yüksəldi.
Ötən əsrin doxsanıncı illəri Azərbaycanda ən ağrılı və çətin dövr idi. Azər həmin illərdə rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini və digər vəzifələrdə bacarıqla işləyib, əhalinin etimad etdiyi, güvəndiyi ziyalı kimi yaddaşlarda qalıb... Yaşlanandan sonra isə könüllü olaraq doğma “Astara”ya qayıdıb və onun rayon qəzetləri arasında ən oxunaqlı mətbuat orqanı olması üçün səy göstərib...
Yolumuz Astarayadır
O, böyük ailədə dünyaya gəlib. Azərin isə 4 övladı var. Hamısı ali təhsil alıb, ailə qurub.
Bu günlərdə Azər Abdullayevin 70 yaşı tamam olur. Bu münasibətlə, inşallah, tezliklə tələbə yoldaşlarımızla cənub mirvarisi sayılan Astaraya yola çıxacağıq. Yeddi il olar mən Astaraya getmirəm. O yerlər ilin bütün fəsillərində gözəldi. Amma, mənə görə, payızı daha baxımlı, zəngin olur. Çünki bu aylarda oralarda hər rəngin neçə çalarına rast gəlmək mümkündü.
Sözünü üzə deyir
Azər həmişə bizə nümunə olub - insanlarla nümunəvi rəftarına, işgüzarlığına, yaxşı oxumasına görə.
Mən onun kiminsə arxasınca danışdığını görməmişəm. Kimə deyiləcək sərt sözü olub, həmin adamın üzünə deyib.
Azərin söz vermək, öhdəlik götürməklə arası yoxdu. Gücü çatan köməyi də təmənnasız edir və heç vaxt elədiyini gözə soxmur.
Yenə ümidlərə sarılmışıq
İnsan hansı yaşda olur olsun arzuları tükənmir. Çünki bizi sabaha, yaşamağa çəkib aparan, daim ümidlə yaşamağımızdı. İndi dünya başqadı. Biz də artıq yaşlanmışıq. Özümüzü zaman qəribləri kimi hiss edirik. Dünyaya nəvələrimizin gözlərilə baxırıq....
Bu yaxınlarda Oğuza, Elmanın yubileyinə yığışmışdıq. Belə görüşlərə həmişə özünü tez yetirən Azər, səhhətində yaranan problemə görə, Oğuza gələ bilməmişdi. O gün içimizdə bir narahatlıq yaşadıq. İki gün keçmiş yoldaşımız Adil özünü yetirdi Astaraya... Mesaj verdi ki, narahat olmayın, hər şey yaxşılığa doğrudu...
Yubiley yaşın mübarək, Azər! Sənə cansağlığı, nəvə-nəticə toyu arzulayıram!