Ötən il noyabırın əvvəllərində çoxları kimi mən də Ermənistanın kapitulyasiyasının an məsələsi olduğunu düşünürdüm. Nəhayət, 10 noyabrda atəşin dayandırılması barədə bəyannamə imzalandı və biz bunu kapitulyasiya aktı adlandırdıq. Həqiqətən də, atəşi dayandırmağa məcbur olub əlində olan 3 rayonu döyüşsüz tərk etmək kapitulyasiya elementi idi. Lakin...
Ermənistanda 10 noyabr bəyanatını revanşist müxalifət kapitulyasiya aktı kimi qəbul edir. Bu sənəd hakimiyyət uğrunda mübarizədə onlar üçün göydəndüşmə dəstavüzdür.
Ermənistan hökuməti isə bəzən həmin sənədi kağız parçası adlardırır.
Əvvəlcə onu deyim ki, 10 noyabrda imzalanan sənəd sadəcə bəyanatdır. Bəyanat tərəflərin üzərinə hüquqi öhdəlik qoymur. Bu cür bəyanatlar 44 günlük müharibənin gedişində bir neçə dəfə imzalandı. Amma işləmədi.
Bəyanat kapitulyasiya aktı ola bilməz. Kapitulyasiya aktı sazişlə təsdiqlənir və hüquqi məsuliyyət yaradır.
Əslində Ermənistanın kapitulyasiyası üçün hər şey edilib. Amma bu, sazişlə təsdiqlənməyib. Bu isə ona “mən təslim olmamışam” deməyə şərait yaradır.
Biz birmənalı olaraq həmin bəyanatı kapitulyasiya aktı sayırıq. Yəqin ona görə ki, 30 il ermənilərin tapdağı altında olan torpaqlarımız azadlığına qovuşub. Amma bu, aysberqin görünən tərəfidir. Hələ həllini tapmamış xeyli problem qalmaqdadır. Bu prizmadan baxdıqda bəlkə də, müharibəni bitmiş hesab etmək düzgün deyil.
Aydındır ki, ikinci Qarabağ müharibəsində Azərbaycan qalib, Ermənistan isə məğlub tərəfdir. Amma bu hər hansı hüquqi sənəddə öz əksini tapmayıb. Bu da Ermənistana provakasiyalarını davam etdirmək imkanı verir.
10 noyabr bəyanatının imzalanmasından 7 aydan çox vaxt keçir. Məğlub tərəf bəyanatda əksini tapan kommunikasiyaların açılmasına məhəl qoymur. Bu necə kapitulyasiyadır?
Məğlub tərəf minalanmış ərazilərin xəritəsini vermək üçün şərt qoyur: sən “əsrləri” (oxu: terrorçuları) qaytar, mən də xəritələri verim. Məğlub tərəf şərt qoya bilər? Bu necə kapitulyasiyadır?
Haqqında cinayət işi açılıb axtarışa verilən Araik Arutyunyan Azərbaycan ərazisində özünü dövlət rəhbəri kimi apararaq Azərbaycana meydan oxuyur. Bu necə kapitulyasiyadır?
Mövcud Ağdam-Şuşa yolundan, mövcud Tərtər-Kəlbəcər yolundan istifadə edə bilmirik. Bu necə kapitulyasiyadır?
Əlbəttə, real şərait yuxarıda sadaladıqlarımız problemlərin hamsının birdən həll olunmasını mümkünsüz edir. Bunun üçün zamana ehtiyac var. Amma bəzi məsələlər var ki, onların həllinə Ermənistan əngəllər yaradır və bunun qarşısını almaq üçün adekvat tədbirlər görmək olar.
Məsələn, biz Sülhməramlı qüvvələrin rəhbərliyindən tələb etməliyik ki, Zəngəzur dəhlizinin açılması, minalanmış ərazilərin xəritəsinin verilməsi üçün Ermənistan rəhbərliyi ilə danışıqlar aparsın, dəhlizin açılma və xəritələrin verilmə tarixini dəqiqləşdirsin və onlara bildirsin ki, tarixlər dəqiqləşməyəcəyi təqdirdə filan tarixdən etibarən Laçın dəhlizi bağlanacaq.
Zənnimcə, belə olarsa Azərbaycan həm 10 noyabr bəyanatının müddəalarına sadiqliyini nümayiş etdirmiş, həm də müharibədə kimin qalib tərəf olduğunu düşmənə xatırlatmış olar.
20 iyunda Ermənistanda növbədənkənar seçkilər keçiriləcək. Çox güman ki, orada sular durulmağa başlyacaq. Bəlkə də sular daha da bulanacaq. Bütün hallarda biz öz xəttimizlə gedib Ermənistanla sülh müqaviləsi bağlanmasına çalışmalıyıq. Ermənistan sülh müaviləsindən imtina edərsə, onda “dəmir yumruq”la əsl kapitulyasiyaya nail olmalıyıq.
Ermənistan ya sülhü, ya da kapitulyasiyanı imzası ilə təsdiqləyib qəbul etməlidir. Yalnız bundan sonra Qarabağ münaqişəsinin həll olunduğunu və müharibənin başa çatdığnı demək olar.